SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 


Polşa prezidenti avtomobilini qadağan edilmiş yerdə park etdiyi üçün polis maşının təkərinə blok qoyub.

BAKU.WS Azərtac-a istinadən məlumat verir ki, Anjey Duda özünün qırmızı rəngli avtomobilini Krakovda yerləşən iqamətgahının pəncərəsi önündə - qadağan olunmuş yerdə saxlayıb. Qonşuların məlumatı əsasında hadisə yerinə gələn polislər avtomobilin təkərini blok ediblər.

Bu xəbər bir anda bütün şəhərə yayılıb və sakinlər prezident maşınının qarşısında foto çəkdirməyə can atıblar. Polşa lideri 100 zlot (təxminən 25 dollar) məbləğində cərimə ödədikdən sonra polis avtomobilin təkərindən bloku götürüb.
 
BAKU.WS