SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanın tanınmış kredit oliqarxının qızı öz milyonlarını sosial şəbəkələrdə paylaşıb. 

 
BAKU.WS-in Haqqin.az-a istinadla verdiyi məlumata görə, bir neçə ay öncə başlayan Azərbaycan "kredit oliqarxları" işi üzrə qalmaqalın əsas fiqurantlarından sayılan Nizami və Nasib Piriyevlərin (ata və oğul) Azərbaycan Beynəlxalq Bankından (ABB) götürdükləri kreditlərin hara xərcləndiyi məlum olub. ABB-yə 170 milyon dollar borcu olan Nizami Piriyev bir gün əvvəl İnterpola axtarışa verilib. 
 
Instagram-da Fərəh Nəsibova və Rubin Əsədova niklərini izləmək hər şeyi anlamağa kifayət edir. Fərəh Nizami Piriyevin qızı, Londonda qaçıb gizlənmiş Nəsimi Piriyevin isə doğmaca bacısıdır. Rubin Əsədova isə Nizami Piriyevin arvadının qardaşı Namiq Əsədovun qızıdır.  

Kredit oliqarxlarının qızları sosial şəbəkələrdə lüks həyatlarını, bahalı çantalarını və brilyant daş-qaşlarını nümayiş etdirirlər. Amma hansı pula? Ata və oğul barəsində rəsmən irəli sürülmüş ittihamlardan sonra bu pulların Beynəlxalq Bankdan götürülən kreditlər olduğunu anlamaq olar. 
 
Beynəlxal Bankın vergi ödəyicilərinin və əmanətçilərin pulu belə xərclənir.