SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Oğullarım indi müxtəlif səbəblər görə daha çox dalaşırlar. Amma mən əminəm ki, onlar böyüyəndə yaxşı dost olacaqlar. Bəli, onlar başqasının köməyi olmadan bacarmırlar. Onlar dalaşır və ayırırsan. Bir saat keçdikdən sonra hər ikisi soruşurlar: " Ata mənim qardaşım hanı? Onu çağır! Mən onu görmək istəyirəm! Bir daha olmayacaq".
 
 
BAKU.WS-in məlumatına görə, bunu tanınmış müğənni Emin Rusiya mətbuatına verdiyi geniş müsahibəsində deyib. Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə may ayında rəsmi olaraq boşanan Emin bu evlilikdən olan uşaqları və gələcək həyatı barədə maraqlı açıqlamalar verib. Emin Leyla ilə boşanmalarına baxmayaraq hələ də yaxşı münasibətlərinin olduğunu söyləyib. 
 
Eminin sözlərinə görə, onun üçün onların uşaqları həyatda ən vacib məsələdir: "Biz boşandıq, amma bu o demək deyil ki, biz Leylayla yad olduq. Bizim əvvəlki kimi çox gözəl münasibətlərimiz var. Heç vaxt bu münasibət korlanmayıb. İlk növbədə, biz valideynlər üçün Əli və Mikailin həyataı birinci yerdə dayanır. Rəsmi olaraq biz boşanmışıq, amma indiki vəziyyətdə Leylayla, uşaqlarla, nənələrlə və babalarla birlikdə böyük bir ailəyik”.

İşlərinin çox olmasına baxmayaraq Emin mümkün qədər uşaqlarla çox vaxt keçirmək üçün hər şeyi edir: "Mən hər yeddi-on gündən bir Bakıda oluram. Gələn həftə oğullarım Moskvaya gələcəklər. Əminə isə çox balacadır və indi ona təyyarə səfərləri olmaz. Bir az böyüməlidir və onda Əli və Mikayıl birlikdə mənim yanıma Moskvaya gələcək. Oğullarımı mən özümlə işə, məşqlərə və görüşlərə götürürəm ki, onlar hər zaman mənim yanımda olsunlar”, -deyə Emin əlavə edib.

Emin anası ilə münasibətlərindən də danışıb. Onun sözlərinə görə, anası ilə ən yaxşı dostdurlar: "Əgər biz bir şəhərdəyiksə, axşam ona zəng edirəm: "Ana, sən evdəsən? Səni restorana dəvət edirəm. İndi gələcəyəm". Axşam yeməyində mənim dostlarım yığılırlar. Amma anam bizim ümumi dostumuzdur. Mənim anam çox gözəldir. Çox qonaqpərvərdir. Yeri gəlmişkən, bir dəfə biz onun mehribanlığına görə az qala zərər çəkirdik. Bakıdan köçdükdən sonra Moskvaya biz mənzildən mənzilə köçürdük. Mənzilin şəraitini yaxşılaşdırırıq və sonra ünvanı dəyişirdik. 
 
Bizim pulumuz olandan sonra qonşuluqdakı evi almaq istədik. Ancaq qonşumuz evi satmaq istmədi. Mən başa düşə bilmədim ki, niyə onlar heç vaxt köçməklə razılaşmırdılar. Sonradan məlum oldu ki, bizim ailəmizlə qonşuluq edənlərə yaşamaq inanılmaz rahat imiş. Mənim xeyirxah anam bütün ərzaqları alırdı, həmişə çoxlu yeməklər bişirirdi. Anam hər kəsi istisnası yedirirdi. Əlbəttə, qonşular belə tox və rahat həyatdan imtina etmək istəmirdilər! Anamla tərbiyəvi iş aparmaq lazım gəldi. (Gülür.) Amma, indi onun bu vərdişdən imtina etməsi çox ağırdır. 
 
Şahin Həbibov
BAKU.WS