SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkələrdə Honkonqda baş vermiş soyğunun görüntüləri yayılıb.

BAKU.WS
 
oxu.az-a istinadən xəbərinə görə, oğurluq hadisəsi mayın 23-də baş verib.

Axşam saat 19:00 radələrində iki maskalı şəxs ticarət mərkəzinin üçüncü mərtəbəsində yerləşən zərgərlik dükanına girib.

Onlardan biri vitrini açmağa cəhd edib, digəri isə bıçaqla mağazanın əməkdaşları və alıcıları hədələyib.

14 saniyədən sonra soyğunçulardan biri vitrinin şüşəsini açıb və çantanı bəzək əşyaları ilə doldurmağa başlayıb. O, brilyant, iki boyunbağı, bir cüt üzük və qolbağ götürüb. Ümumilikdə mağazaya beş milyon dollar ziyan dəyib. Mağazanı yarandan sonra cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olublar.

Oğurluq hadisəsi 27 saniyə çəkib. Polis soyğunçuları hələ də tuta bilməyib.

BAKU.WS