SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir gecədə sosial şəbəkətə məşhurlaşıb izləyicilərin favoritinə çevrilən balaca Azər "Bizimləsən" proqramında Zaur Baxşəliyevlə səmimi söhbətlərilə yenidən gündəmə gəlib.

BAKU.WS-in məlumtına görə, səhhətindəki problemlərlə bağlı anası ilə bərabər efirə çıxan balaca Azər anasının doğum gününü təbrik edib.

Tamaşaçıların və internet izləyicilərinin sevimlisinə çevrilən Azərin təbriki də maraqlı olub:

"Anamə təbrik edirəm. Anam böyük qız olsun. Anamı sevirəm. Amma, niyə? Bilmirəm. Zaur əmi, siz bilirsizsə mənə deyin, ananı niyə sevirlər?".

Zaurun cavabı hər kəsi kövrəldib: "Ananı ona görə sevərlər ki, ana səni dünyaya gətirib. Ananı ona görə sevərlər ki, hər kəs şirin yuxuda yatanda ana səhərə qədər yatmaz, səni qoruyar, böyüdər. Ananı ona görə sevərlər ki, ana yeməz, səni yedizdirər".

Zülfiyyə Qurbanova
BAKU.WS