» » Avropalılar Azərbaycan mülki aviasiyası ilə tanış olub - FOTO


16-05-2018 | 19:34

  • 309

Avropalılar Azərbaycan mülki aviasiyası ilə tanış olub - FOTO


Avropada hava hərəkətinin tənzimlənməsi üzrə nümayəndə heyəti Azərbaycan mülki aviasiyasının uğurları ilə tanış olub.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 16 may 2018-ci il, Bakı – Avropa Regionu Hava Məkanının İdarəetmə Mərkəzinin (Network Manager Operations Centre - NMOC) direktoru Co Sultananın başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıya işgüzar səfər edib.

Səfər çərçivəsində qonaqlar "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi və bu yaxınlarda “Skytrax” audit şirkəti tərəfindən ən yüksək "5 ulduz" reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) də daxil olmaqla Azərbaycanın mülki aviasiya obyektləri ilə tanış olublar.

Hava hərəkəti axınlarının planlaşdırılması zamanı əsas əlaqələndirici qovşaq olan Azərbaycan Hava Məkanından İstifadə üzrə Səmərəlilik Mərkəzi (ASEC) NMOC-un rəhbərliyinin böyük marağına səbəb olmuşdur. Bu mərkəz sayəsində Azərbaycan hava axınlarının planlaşdırılmasında “Eurocontrol”-un strateji tərəfdaşı rolunu oynayır.

Elə həmin gün “Azərbaycan Hava Yolları”nın Prezidenti Cahangir Əsgərov və NMOC-un direktoru Co Sultananın görüşü keçirilmişdir. Cahangir Əsgərovun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu ardıcıl siyasət nəticəsində, son onillikdə Azərbaycanın tranzit dövlət kimi rolu xeyli artıb. Bu inkişaf Azərbaycanın hava məkanından istifadə edən hava gəmilərinin tranzit axınlarında da müşahidə olunur.

Görüşdə qeyd olunmuşdur ki, hazırda Azərbaycanın mülki aviasiyası aeronaviqasiya təminatı sahəsi də daxil olmaqla ən qabaqcıl avadanlıqlardan istifadə edir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir.

Öz növbəsində, Co Sultana Azərbaycanın mülki aviasiyasının qazandığı uğurları yüksək qiymətləndirmişdir. O qeyd etmişdir ki, strateji mövqeyi və aeronaviqasiya təminatı səviyyəsi Azərbaycanı Avropanın hava axınlarının planlaşdırılması təşkilatı üçün cəlbedici edir və bu, yaxın illərdə Avropa və Asiya arasında tranzit reyslərin sayını artırmağa imkan verəcək.

Qeyd edək ki, Avropa Komissiyasının qətnaməsinə uyğun olaraq, NMOC-a hava məkanının təşkili, Avropa hava limanlarında slotların koordinasiyası və “Eurocontrol”-a tabe olan 41 Avropa dövlətinin,həmçinin Mərakeş və Azərbaycan ərazisi üzərində hava hərəkəti axınlarının idarəedilməsi səlahiyyətləri verilmişdir. NMOC sutkada 27 mindən çox və ildə isə 1 milyondan çox uçuş planlaşdırır və nəzarət edir.

BAKU.WS

Top XəbərlərЛучшее на сайте
Mərkəzi Bank 500 manatlıqlarla bağlı məsələyə aydınlıq gətirdi Mərkəzi Bank 500 manatlıqlarla bağlı məsələyə aydınlıq gətirdi Sosial Bakıda ŞOK HADİSƏ - avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxardı Bakıda ŞOK HADİSƏ - avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxardı Hadisə Zöhrə Abdullayevanın oğlu vəfat etdi Zöhrə Abdullayevanın oğlu vəfat etdi Hadisə Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – DƏHŞƏTLİ FOTOLAR Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – DƏHŞƏTLİ FOTOLAR Hadisə Bakıda qadına küçənin ortasında təcavüz etdi: Bakıda qadına küçənin ortasında təcavüz etdi: "Qolumdan tutdu yıxdı yerə və..." (VİDEO) Hadisə / Video Azərbaycanda yeni pul vahidi – 200 manatlıq Azərbaycanda yeni pul vahidi – 200 manatlıq İqtisadiyyat "Bakı gözəli 2018" yarışmasında saçyoldu - VİDEO Şou-biznes Bakıda böyük söküntü olacaq! Artıq binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb Bakıda böyük söküntü olacaq! Artıq binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb İqtisadiyyat / Sosial Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi Hadisə Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm... Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm... Hadisə Bakıda avtomobil yüksək sürətlə hərəkət edərək belə aşdı - VİDEO Bakıda avtomobil yüksək sürətlə hərəkət edərək belə aşdı - VİDEO Hadisə Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi Əsas Xəbər / Sosial Bakıda ŞOK OLAY: Biznesmen, Bakıda ŞOK OLAY: Biznesmen, "bomj" atasının dalınca morqa son model “Audi”də gəldi Əsas Xəbər / Hadisə / Sosial Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - "Qayığa bağlıydılar" (VİDEO) Hadisə / Video 17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Əfv olunan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO 17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Əfv olunan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO Əsas Xəbər / Həyat tərzi Efirdə ŞOK GÖRÜNTÜLƏR: Tanınmış kosmetoloq qadınlarla əlbəyaxa dava etdi (VİDEO) Efirdə ŞOK GÖRÜNTÜLƏR: Tanınmış kosmetoloq qadınlarla əlbəyaxa dava etdi (VİDEO) Hadisə / Video Aygün Bəylərin bacısı sənətə gəldi: Zümrüd Hümbətovadan möhtəşəm ifa - VİDEO Aygün Bəylərin bacısı sənətə gəldi: Zümrüd Hümbətovadan möhtəşəm ifa - VİDEO Şou-biznes Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım Əsas Xəbər / Qarabağ / Siyasət Azərbaycanlı model Dağüstü parkda alt paltarında - FOTO Azərbaycanlı model Dağüstü parkda alt paltarında - FOTO Həyat tərzi Mərkəzi Bank 100 və 50 manatlıq qəpikləri (FOTO) Mərkəzi Bank 100 və 50 manatlıq qəpikləri (FOTO) Əsas Xəbər / İqtisadiyyat
Son əlavəПоследние публикации
Müəllimlərin maaşları artırılacaq
26 may 2018

Müəllimlərin maaşları artırılacaq

1 093 Əsas Xəbər / Sosial