VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ABŞ prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlaması münasibətilə təbrik edib.

BAKU.WS
xəbər verir ki, bununla bağlı ABŞ prezidentinin bəyanatında bildirilir.

“Ramazan bizə müsəlmanların Amerikanın dini landşaftına əlavə etdiyi sərvəti xatırladır. Bizim konstitusiyamız zəmanət verir ki, müsəlmanlar öz vicdanlarının hökmlərinə uyğun olaraq və hökumət tərəfindən hər hansı maneəsiz Ramazana riayət edə bilərlər”, – deyə Trampın bəyanatında deyilir.

Dövlət başçısı qeyd edib ki, xeyli insan Ramazanı bayram edirlər. “Melanya və mən onların mübarək ayda verdikləri ümidlərinə qoşuluruq. Ramazanınız Mübarək”, – deyə Tramp fikirlərini yekunlaşdırıb.

BAKU.WS