VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyənin Muğla şəhərində maraqlı hadisə baş verib.
 
BAKU.WS-in məlumatına görə, 54 yaşındakı molla Səlim Yıldız şəhər sakinlərinin təzyiqinə baxmayaraq barda səhnəyə çıxıb. Tar çalıb mahnı oxuyan mollanın bu addımı insanlar tərəfindən birmənalı qarşılanmayıb. 
 
Molla bu addımının səbəbini də açıqlayıb: "Saz çaldığım üçün insanlar mənə kəskin reaksiya göstərirlər. Bu vəziyyətdən çox narahatam. Musiqi ifa edən bir mollayam. Molla saz da çalar, mahnı da oxuyar. Buna heç kim qarışa bilməz. Musiqi ruhun qidasıdır. Oğurluq etmirəm, rüşvət almıram. Musiqi və əyləncənin yeri ayrı, ibadətin yeri ayrıdır", - deyə Səlim Yıldız bildirib. 

BAKU.WS barda mahnı oxuyan mollanın görüntüsünü təqdim edir: