SİZİN REKLAM BURADA!
055 213 76 73



Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın:

Qoç:
Ürəyinizdən Tanrı eşqini azaltmayın, müqəddəs yerlərə baş çəkin, ətrafınızda olan hər kəsə xeyirxahlıq göstərin. Yalnız bu halda uğurlarınız arta bilər. Bu gün uzaq səfərləri mümkün qədər təxirə salın.

Buğa:
İxtiyarınızda olan bu günü çox rahat şəkildə başa vuracaqsınız. Maddiyat baxımından uğurlu gündür. Ulduzlar aldığınız bütün təkliflərə razılıq verməyinizi bildirir.

Əkizlər:
Astroloji göstəricilər əsəblərinizin xeyli sakitləşdiyindən xəbər verir. Bu isə böyük işlər görməyinizə stimul verəcək. Odur ki, proqnozumuzdan xəbər tutan dəqiqədən etibarən hərəkətə keçin. Risklərdən çəkinməyin. Hünərli olun.

Xərçəng:
İstənilən situasiyada reallığa uyğun addım atın. Hər hansı qərəz yolverilməzdir. Bu gün üzərinizə ağır öhdəliklər də götürməyin ki, sonra dostlarınızın gözündən düşməyəsiz.

Şir:
Artıq dağı dağ üstünə qoymağa zəmin yaranıb. İnandığınız adamların köməyilə öz hədəfinizə çatmaqda çətinliyiniz olmayacaq. Xüsusən də nahar fasiləsindən sonra sizin üçün çox düşərli olacaq.

Qız:
Bürcünüzün Zodiakda möhkəmlənməsi sizə əlavə stimul verəcək. Amma gərək riskli addımlardan çəkinəsiniz. Saat 14-dən sonra bir neçə sürprizlə rastlaşma ehtimalınız var. Qidanıza və orqanizmnizə diqqət yetirin.

Tərəzi:
Qarşınızda neytral bir gün durur. Hər hansı sürpriz və ya uğursuzluq gözlənilmir. Yaxşı olar ki, gün ərzində yalnız adi işlərin həlli ilə məşğul olasınız. Yaxın məsafəyə səfər edə bilərsiz.

Əqrəb:
Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə vaxtınızı sərf etməyin. Yalnız böyük ideyalarınız barədə düşünün. Bunu bacarsanız, saat günorta saatlardan sonra uğurlar sizi müşayiət edəcək.

Oxatan:

Çalışın ki, fəaliyyət və qarşılıqlı münasibətlərdə yanlışlığa yol verməyəsiniz. Əks təqdirdə ciddi problemlərlə rastlaşa bilərsiniz. Bu gün mənəvi dəyərlərə və hörmət qazanmağa daha çox üstünlük verin.

Oğlaq :
Əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, gələcək perspektivlərinizə yol açılsın. Ulduzlar təvəqqe edir ki, bu gün heç kimə yalan vədlər verməyəsiniz və təşəbbüskarlığı əldə saxlayasınız.

Dolça:

Bu təqvimdə gücünüz artdığından bütün vacib planlarınızı yavaş-yavaş həyata keçirməlisiniz. Yalnız maliyyə məsələləri ilə bağlı ehtiyatlı olun. Nahardan sonra uzaq səfərə cıxmaq planlarınızı gerçəkləşdirin.

Balıqlar:
Dəyişkən fikirli insanlarla hər hansı bir işbirliyinə getməyin. Özünüzü qiymətli tutun. Səhər çağı və axşam saatlarında ağlınız kəsməyən bütün müzakirələrdən vaz keçin. Axşam gəzintisi sizə yaxşı təsir edəcək.

"Ulduz falını" sizə təqdim etdik. Lakin bir vacib məqamı heç vaxt unutmayın. Günəşdən, aydan və ulduzdanda yüksəkdə yalnız Allahdır!

Rəşad Əliyev
BAKU.WS