VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova İnstaqramda “Metropark” əyləncə mərkəzində yerləşən “Park Cinema”nı sərt şəkildə tənqid edib.

BAKU.WS-in qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Ülviyyə Mahmudova kinoteatrı onun itini məkana buraxmamaqda ittiham edib.

““Park Cinema”nın kinoteatrına gəldim. Mənim sevimli “Karabas”ımı zala buraxmadılar. Bu gündən etibarən “Park Cinema”ya yox, “Gənclik Mall”dakı “Cinema Plus”a gedəcəm. Ümid edirəm ki, heç olmasa onlar ev heyvanlarına yaxşı münasibət bəsləyəcəklər. İstərdim ki, kinoteatrlar pişik, it kimi təmiz, sevimli heyvanların bura qoyulmamağı ilə bağlı qaydalarını yenidən nəzərdən keçirsinlər”.

Qeyd edək ki, Ü. Mahmudova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızıdır.

BAKU.WS