VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün MGP (M Group Production) — prodüser mərkəzinin 15 yaşını qeyd edir.

BAKU.WS-in məlumatına görə, MGP 7 fevral 2003-cü ildə teleprodüser Murad Dadaşov tərəfindən yaradılıb. Azərbaycanın ən böyük və məhsuldar prodüser mərkəzlərindən biridir.

Ölkə teleməkanında ən uğurlu layihələr məhz MGP (M Group Production) nin adıyla bağlıdır. MGP-nin (M Group Production) ilk layihəsi «Mərc şou» 2003-2005-ci illərdə Lider Televiziyasında yayımlanıb. Verilişin müəllifi və aparıcısı Murad Dadaşov olub. «Mərc şou» mərc oyunları üzərində qurulmuş layihədir. Şouda yaşından asılı olmayaraq hər bir vətəndaş iştirak edə bilərdi. Bura əsil yarış, macəra meydanı idi.

Canlı musiqi, mərc, həyəcan, iradə və fiziki güc nümayişi — bunlar hamısı layihənin mərkəzində dayanırdı. «Mərc şou» həm yaradıcı, həm texniki baxımdan iri miqyaslı bir layihə idi. Burada təcrübəli, peşəkar komanda çalışırdı. Eyni zamanda şou yüksək reytinq göstəricisi, pavilyon tərtibatı, dekorasiya, texniki təchizat baxımından yerli teleməkana ilk imza atan layihə oldu.


"MGP (M Group Production) kollektivi

«Maşın» realiti şousu MGP-nin (M Group Production) ən yaddaqalan layihəsidir. 2005-ci ilin oktyabrında ilk efir həyəcanını yaşayan realiti şou bu günə qədər ən baxımlı veriliş statusunu saxlayıb. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (bir buraxılış) və son olaraq ANS telekanalında (bir buraxılış) yayımlanıb. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları cəm olunub. Layihə hələ də aktualdır və davam edir. «Maşın» realiti şousunun müəllif və aparıcısı Murad Dadaşovdur.

MGP-nin (M Group Production) növbəti layihəsi «Bu da bu» satirik xarakterlidir. Layihə 2011-2014-cü illərdə ANS telekanalında həftəlik yayımlanıb. Veriliş əsasən iki qəhrəman üzərində qurulub. Onlar müxtəlif obrazlar yaradaraq, ictimai həyatda baş verən hadisələri satira dili ilə təqdim ediblər. Əsas rolları tanınmış aktyorlar Müşfiq Şahverdiyev və İlkin Misgərli ifa edib.

MGP (M Group Production) televiziya sahəsində fəaliyyətindən başqa ölkənin ictimai - mədəni həyatında baş verən əlamətdar hadisələr və tədbirlərin keçirilməsində yaxından iştirak edir. 2005-cı ildə Kiyevdə keçirilən 50-ci «Eurovision» mahnı müsabiqəsində Azərbaycanın adından ilk dəfə məhz MGP-nin (M Group Production) jurnalist heyəti iştirak edib.

Eyni zamanda şirkət korporativ, fərdi və reklam xarakterli tədbirlərin təşkilini həyata keçirir.

BAKU.WS kollektivi "M Group Production" komandasını təbrik edir.

BAKU.WS