SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin teleradio qurumu (RTÜK) ilahiyyatçı Adnan Oktarın “kedicikləri” ilə məşhur olan verilişinin dayandırılması barədə qərar verib.

BAKU.WS-in məlumatına görə, RTÜK-ün qərarına əsasən Adnan Oktarın sahibi olduğu A9 kanalında yayımlanan veriliş 5 dəfə dayandırılmaqla yanaşı yüksək məbləğdə pul cəzası kəsilib.

Qurumun açıqlamasında bildirilir ki, verilişdə qadınların istismar edilməsi təbliğ olunur: “Qadınları qarşısında rəqs etdirərək onları aşağılayır. Bu görüntülərə görə telekanala cəza verilib”

BAKU.WS