SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə Xanlar, Goranboy və Daşkəsən rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində Göygöl Milli Parkı yaradılıb. Milli Park 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına təşkil edilib. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.


Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif yamaclar səciyyəvidir. Ərazidə illik yağıntının miqdarı 600-900 millimetrdir. Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, eləcə də Göygöl və Maralgölün ekosistemi parkın əsas mühafizə olunan obyektləridir. Parkın heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir. Buna misal olaraq heyvanlardan Qafqaz maralı, ayı, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan və dələni, quşlardan isə Xəzər uları, qara kərkəs və kəkliyi göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin - Şərqi Qafqaz təkəsi və Cənubi Qafqaz qonur ayısının adı "Qırmızı Kitab”a düşüb. Park çox zəngin bitki örtüyünə malikdir. Burada 80-nə qədər ağac və kol növünə rast gəlinir.

Bir sözlə, Göygöl Azərbaycanın qeyri-adi təbiət incisidir. Milli Park həm də strateji yerdir. Gəncənin su təchizatını ödəyir. Təəssüf ki, 1990-cı illərdə, eləcə də 2000-ci illərin əvvəllərində Göygöl ətrafında xaos hökm sürüb və bu təbiət obyekti amansız istismara məruz qalıb. Əraziyə istirahətə gələnlər Göygölü çirkləndirir, ağacları qırırdılar. Bununla əlaqədar təbiətin bərpası üçün ora turistlərin girişinə məhdudiyyət qoyulmuşdu.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) burada təbiətin mühafizəsi işinə başladı. Qısa müddət ərzində Göygöldə elmi-tədqiqat işləri aparıldı. Bununla yanaşı, təbii bərpa prosesi də getdi. ETSN-in bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə AZƏRTAC-a açıqlamasında bildirib ki, artıq Göygöl Milli Parkını hər bir azərbaycanlı ziyarət edə bilər. Onun sözlərinə görə, parka giriş məhdudiyyətlə açılıb. Turistlər ərazidə yalnız müəyyən marşrutlar üzrə hərəkət edə bilərlər. Əraziyə tam nəzarət olunacaq. Müxtəlif yerlərdə zibil qutuları quraşdırılıb. Bundan başqa, Milli Parkın ərazisinə daxil olan turist qruplarına pulsuz zibil torbaları paylanılacaq. Parkı çirkləndirənlər isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq böyük məbləğdə cərimələnəcəklər. Şöbə rəisi deyib ki, Parka giriş adambaşına 2 manatdır. Toplanan vəsait Milli Parkın qorunmasına və təbiətinin bərpasına yönələcək.


Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə Xanlar, Goranboy və Daşkəsən rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində Göygöl Milli Parkı yaradılıb. Milli Park 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına təşkil edilib. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.


Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif yamaclar səciyyəvidir. Ərazidə illik yağıntının miqdarı 600-900 millimetrdir. Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, eləcə də Göygöl və Maralgölün ekosistemi parkın əsas mühafizə olunan obyektləridir. Parkın heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir. Buna misal olaraq heyvanlardan Qafqaz maralı, ayı, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan və dələni, quşlardan isə Xəzər uları, qara kərkəs və kəkliyi göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin - Şərqi Qafqaz təkəsi və Cənubi Qafqaz qonur ayısının adı "Qırmızı Kitab”a düşüb. Park çox zəngin bitki örtüyünə malikdir. Burada 80-nə qədər ağac və kol növünə rast gəlinir.

Bir sözlə, Göygöl Azərbaycanın qeyri-adi təbiət incisidir. Milli Park həm də strateji yerdir. Gəncənin su təchizatını ödəyir. Təəssüf ki, 1990-cı illərdə, eləcə də 2000-ci illərin əvvəllərində Göygöl ətrafında xaos hökm sürüb və bu təbiət obyekti amansız istismara məruz qalıb. Əraziyə istirahətə gələnlər Göygölü çirkləndirir, ağacları qırırdılar. Bununla əlaqədar təbiətin bərpası üçün ora turistlərin girişinə məhdudiyyət qoyulmuşdu.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) burada təbiətin mühafizəsi işinə başladı. Qısa müddət ərzində Göygöldə elmi-tədqiqat işləri aparıldı. Bununla yanaşı, təbii bərpa prosesi də getdi.


ETSN-in bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə AZƏRTAC-a açıqlamasında bildirib ki, artıq Göygöl Milli Parkını hər bir azərbaycanlı ziyarət edə bilər. Onun sözlərinə görə, parka giriş məhdudiyyətlə açılıb. Turistlər ərazidə yalnız müəyyən marşrutlar üzrə hərəkət edə bilərlər. Əraziyə tam nəzarət olunacaq. Müxtəlif yerlərdə zibil qutuları quraşdırılıb. Bundan başqa, Milli Parkın ərazisinə daxil olan turist qruplarına pulsuz zibil torbaları paylanılacaq. Parkı çirkləndirənlər isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq böyük məbləğdə cərimələnəcəklər. Şöbə rəisi deyib ki, Parka giriş adambaşına 2 manatdır. Toplanan vəsait Milli Parkın qorunmasına və təbiətinin bərpasına yönələcək. Hikmət Əlizadə Milli Parkın ərazisinə gələn turistləri Azərbaycanın füsunkar və əsrarəngiz guşələrindən olan Göygölü mühafizə etməyə, ərazini çirkləndirməməyə çağırıb.


Təbii ki, təbiəti qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. Odur ki, hər birimiz təbiəti mühafizə siyasətinə, ekoloji mədəniyyətə, təbii resursları qorumağa və qənaətlə istifadəyə yönələn tədbirləri dəstəkləməliyik.

 

Azad Əliyev

BAKU.WS