Türkiyənin Suriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı şəhid olan hərbçi Mehmet Muratdağının həyat yoldaşı sosial şəbəkədə etdiyi paylaşımla terrorçulara sərt mesaj verib.
BAKU.WS-in məlumatına görə, şəhidin 1 ildir evli olduğu Birgül Muratdağı şair Mehmet Akif Ersoyun şeirindən iki misra paylaşıb.
“Sahibsiz olan vətənin batması haqdır, Sən sahib çıxsan, bu vətən batmayacaqdır”, - deyə Birgül Muratdağı həyat yoldaşının Facebook səhifəsində paylaşıb.
Onun bu paylaşımı sosial şəbəkədə çox sayda bəyənilib.
BAKU.WS