SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu dəfə şaxta baba insan yox, meymun oldu...

Xezerxeber.az-ın məlumatına görə, "Maka" ləqəbi ilə tanınan meymun əynində şaxta baba paltarı paytaxt küçələrində onu görən hər kəsin diqqətini öz üzərinə çəkir.

Meymunun sahibi İlqar Rəsulzadənin sözlərinə görə, gün ərzində onlarla insan ona yaxınlaşaraq şəkil çəkdirir, əylənirlər.

Sahibi deyir ki, "Maka"ya ən çox maraq göstərən xarici qonaqlardır.

Sahibinin sözlərinə görə, meymuna uşaqlarla bərəbər böyüklər də çox maraq göstərirlər. Meymundan ən çox qorxansa elə uşaqlardır.

Daha çox çərəz və meyvələrlə bəslənən meymun səhər tezdən axşam 10-dək Fəvvarələr meydanında olur. İngilis dilində təlim keçmiş "Maka" bir çox fərqli özəlliklərə malikdir.

Şaxta baba paltarı geyinən meymunla şəkil çəkdirməyin qiyməti isə 3-5 manat arasında dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomateralı təqdim edir:

BAKU.WS