VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir milyondan çox “Android” istifadəçisi “Google” şirkəti məsələyə reaksiya verənədək “Google Play” mağazasından “WhatsApp” messencerinin saxta surətini yükləyib.


BAKU.WS ICTnews-a istinadən xəbər verir ki, “WhatsApp” loqotipinə malik əlavə “Update WhatsApp Messenger” adlanıb.

Əksər istifadəçilər tərtibatçı adının rəsmi adla eyni olmasına görə bunun servis yenilənməsi olmasını düşünüb. Bunun üçün fırıldaqçılar “Unicode” standartında boşluqdan istifadə ediblər.

Saxta əlavə yalnız digər proqram və servislərin reklam yeniləmələrini göstərib. Fırıldaqçıların bundan pul qazanmaq istəməsi ehtimal olunur. Yalnız proqram təminatı bir milyondan çox istifadəçi tərəfindən yükləndikdən və “Reddit” saytında onun saxta olması ilə bağlı çoxlu məlumat dərc edildikdən sonra “Google” şirkəti proqramı “Google Play” mağazasından silərək tərtibatçını bloklayıb.

Təhlükəsizlik üzrə mütəxəssislərin məlumatına görə, oxşar hadisə həmişə baş verir. Mağazada mütəmadi olaraq “Facebook” və digər populyar əlavələrin saxta versiyaları yer alır. Məsələn, saxta “Facebook” versiyası 10 milyon dəfədən çox yüklənib.

Qeyd edək ki, “WhatsApp” dünyanın ən populyar messencerlərindən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyard dollara “Facebook” sosial şəbəkəsinə satılıb.

BAKU.WS