055 213 76 73
- Adım Gülnurədir, 26 yaşım var. Üç ildir ki, idmanla məşğulam. Ailədə məndən başqa idmanla məşğul olan yoxdur. Bu qərarımı ailəm də normal qarşıladı. Onların dəstəyi məni məqsədimə, hədəflərimə doğru addımlamaqda daha da cəsarətləndirdi.
- Maraq uşaq vaxtlarından olub. 15-16 yaşlarında səhərlər qaçar, evdə isə press (Abs workout) edərdim. Sonra işləməyə başladım və fikirləşdim ki, mənə işimdən əlavə, yararıma olacaq hobbi lazımdır. Nəyə marağım oldğuma qəti qərar verdim və fitness zalı seçərək məşqlərə başladım. İlk vaxtlar bunu günüm darıxdırıcı keçməsin, həyatıma rəng qatım deyə edirdim. Ancaq hər dəfə güzgüdə baxdıqda bədənimdəki müsbət dəyişiklikləri hiss edirdim və daha ciddi məşğul olmağa başladım. Elə oldu ki, bu istək hobbidən də irəli getdi və mənim gündəlik həyat tərzimə çevrildi. Beləliklə davamlı olaraq idman edir və məşqləri buraxmırdım. İndi isə professional olmaq üçün əlimdən gələni edirəm. Ayaq məşqlərimi 260-300-310 kq ilə, ştanq beldə oturub qalxmada (Squat) isə 110-120 kq-la məşq edirəm. Bu qadın üçün kifayət qədər böyük rəqəmlərdir.
- Əsas hədəfim bir idmançı xanım kimi təkcə Azərbaycanda deyil, bütün dünyada tanınmaq, böyük uğurlara imza atmaqdır. Bu tək mənim yox, ölkəmin uğuru olar. Bununla həm də, bizim ölkədən də professional xanım idmançıların çıxa biləcəyini sübut etmək istəyirəm. Məqsədimə nail olaraq onları təəccübləndirəcəyimə əminəm. Necə ki, bunun ilk mərhələsini etmişəm.
Adım, soyadım çox uzundur. Qarşımızdakı hədəfin dünyada tanınmaq olduğunu nəzərə alıb, ləqəbi də buna görə seçdik. Bu ləqəbin seçilməsi Amerikada olan menecerimin istəyi idi. Çünki, mənim bu adla (gia.mendez) İnstagram və Facebook hesablarım Amerika və Avropa da izlənir. Seçimimizdə yanılmadığımızı düşünürəm.
- İllər əvvəl sosial şəbəkələrdən ancaq facebookda olmuşam. Ancaq mənə heç maraq olmadı deyə hesabımı bağladım. Hazırda Instagram-da 60 mindən çox izləyicim var və bu cəmi 1 aya yığılıb. İzləyicilər arasında Avropanın, Amerikanın tanınmış idmançılarına, məşhur müğənnilərə rast gələ bilərsiniz izləyici siyahımda. Səhifəmin rəngarəng olması, mənim də bu idmanı fərqli tərzdə izləyicilərə təqdim etməyim izləyicilərin davamlı və sürətli artmasına səbəb olur.
- Artıq neçə ildir xüsusi rejimdə qidalanıram. Çalışıram yüksək kalorili ərzaqlardan uzaq olum. Şirniyyatı həftə ərzində cəmi bir dəfə yeyirəm. Gün ərzində yalnız səhər yeməyində çörəkdən istifadə edirəm. Günorta yeməyini adi qaydada yeyirəm. Axşamları isə dietik tvoroq, meyvə və ağartı məhsulları yeyirəm. Sağlam qidalanmaya üstünlük verirəm.
- Ağır məşqlərla yanaşı həftənin iki günü sırf Fitness trenajorlar ilə paralel olaraq bədənimi formada saxlayıram ki, kobudlaşmasın. Çünki, sırf ştanq məşqləri qadın bədənini kobudlaşdırır. Bir tərəfdən ştanq məşqləri, digər tərəfdən fitness məşqləri ilə balansa nəzarət edirəm. Ağırlıq məşqləri çox yorucu olduğundan əzələyə daim rahatlıq lazımdır. Bu yorğunluğu çıxarmaq üçün həftə sonları spa-massaj prosedurlarına da gedirəm.
- Qida rejimlərində dəyişiklik etsələr, ev şəraitində həftədə üç-dörd dəfə idman etsələr, fərqi bir-iki aya görəcəklər. Biz dieta dedikdə əksər insanlar bunu yalnış anlayırlar. Düşünürlər ki, gərək bütün günü heç nə yeməyəsən, ac qalasan. Bu, əslində, belə deyil. İstədiklərini yeyə bilərlər, lakin qətiyyətlə şirniyyat, çörək, bir sözlə un məmulatlarından uzaq dursunlar.
- Məşqlərə başlayanda kiməsə baxıb həvəslənməmişəm. Sadəcə özüm üçün həvəskar məşqlər edirdim. Özüm kimi olmağı sevmişəm, heç kəsə bənzəmək istəməmişəm. Bodibilderlərdən yeganə bəyəndiyim Arnold Şvardsnegerdir. Məşhurlar arasında bəyəndiklərim çoxdur, Monika Belluci, Beyons, Cennifer Lopez və başqaları.
- Dəniz kənarında gəzirəm. Film izləməyi çox sevirəm. Qorxu, Triller janrında olan filmlər daha çox diqqətimi çəkir.
Triller, Horror janrlı filmlərdə çəkilmək istərdim. Düzdür, bir az qorxuram, ancaq xoşuma gəlir.
- Bütün təklifləri qəbul edərəm. Əsas odur, qonorarı məni qane etsin.
- Məni müəyyən aradan sonra görən dostlarım, ətrafımdakı insanlar dəyişdiyimi söyləyirlər. Hətta, onlarla da məşqçi kimi məşğul olmağımı istəyirlər. Ancaq, məndə vaxt məhdudiyyəti olduğundan onlara yalnız proqram yazıb göndərməklə kifayətlənirəm.