SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın “qızıl səsi” və Xalq Artisti Nikolay Baskovun Bakıda ad gününü mərasimi baş tutub. 

BAKU.WS-in məlumatına görə, paytaxtın məşhur otellərindən birində məşhur müğənni yaxın dostlarının iştirakı ilə ad gününü qeyd edib. 

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Baku jurnalının baş redaktoru Leyla Əliyeva da iştirak edib. Qonaqlar ad günü mərasimində rəqs edib, doyunca əyləniblər. 

Qeyd edək ki, oktyabrın 15-də “Baku Crystall Hall”da Nikolay Baskovun “İqra”adlı unikal, parlaq və möhtəşəm yubiley şousu keçirilib. Müğənninin istedadının pərəstişkarları irihəcmli dekorasiyalar, fantastik kostyumlar, unudulmaz səhnə effektlərini izləyiblər. Proqrama onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları da daxil edilib.

N.Baskovun konserti Bakıda payız mövsümünün ən önəmli mədəniyyət hadisələrindən biri olub.

BAKU.WS