VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
 

Şirniyyatlardan imtina edə bilməyənlər üçün asan hazırlanan və ucuz başa gələn şirin kolbasa resepti.

BAKU.WS  sizinlə bişməyən desert olan şirin kolbasanın reseptini bölüşür:

600 qram peçenye("Yubileynoye”,”Petibör”)
200 qram kərə yağı
Yarım stəkan şəkər tozu
50 qram süd
2 xörək qaşığı kakao
150 qram qoz-fındıq ləpəsi(arzu etdiyiniz çərəzlər)

İlk olaraq zəif odda bir qabda yağı əridib,üzərinə süd,şəkər tozu və kakao əlavə edib 1 dəqiqə qaynadıb soyuduruq.Əzilmiş peçenyələri və xırdalanmış çərəzləri ilınmış qarışıma əlavə edib qarışdırırıq.Düz səth üzərinə strec salafan sərib qarışımı salafanın üzərinə tökün.Əlinizlə kolbasa forması verib salafana bükün və 3 saat soyuducuda saxlayın.Hazır olandan sonra kolbasa kimi dilimləyin.

Nuş olsun!

Aysel Selcan
BAKU.WS