SİZİN REKLAM BURADA!
055 213 76 73



Onkoloji xəstəlikdən əziyyət çəkən Sabir Hacıyevin həyatda qalması üçün maddi yardıma ehtiyacı var.

Bu barədə BAKU.WS-ə S.Hacıyevin anası Dilrubə Hacıyeva məlumat verib.

Onun sözlərinə görə, bir il əvvəl 22 yaşlı oğluna maddi yardım məqsədilə sosial şəbəkələrdə kampaniya başladılmışdı.

“Bu kampaniya sosial şəbəkələrdə geniş yayıldı. insanların çoxu dərdimizdən xəbərdar oldu. Yığılan vəsaitlə xəstəliyin qarşısını müəyyən qədər ala bildik, amma bu uzun çəkmədi. Hazırda sabirin vəziyyəti təhlükəli həddədir”, - deyə ana bildirdi.

Sabir xərçəng xəstəliyinin simptomu olan kron xəstəliyindən əziyyət çəkir. Xəstəlik Sabirin bədənində getdikcə artdığına görə, o, həkim nəzarətində olmalıdır.

Ana Dilrubə Hacıyeva qeyd edir ki, ilk kampaniyadan yığılan vəsaitlə müalicəninin 3 aylıq pulunu ödəmək mümkün olub.

“Müalicəni sona çatdırmaq üçün hələ çox vaxt var. Həkimlər deyir ki, müalicəyə fasilə vermək olmaz. Lakin bunun üçün vəsaitimiz yoxdur. Sabir bir neçə ay dərmansız qaldığı üçün xəstəlik yenidən baş qaldırıb. Həkimlər deyir ki, Sabirin tam sağalma ehtimalı var, sadəcə olaraq müalicəni mütəmadi aparmaq lazımdır. Oğlumun həyatının xilas olunmasını istəyirəm. Onun arzuları, xəyalları var. Xahiş edirəm, xəstəliyin oğlumu əlimdən almasına izn verməyin. 2 oğlumu tək böyüdürəm. Oğluma qulluq etdiyimə görə işləyə bilmirəm və heç yerdən gəlirim yoxdur”, - deyə ana bildirib.

Sabirin 10 günlük müalicə kursunu davam etdirmək üçün hər ay 5000 dollar lazımdır. Hər 6 aydan bir isə müayinə üçün 6500 dollara ehtiyac var.

Sabir yaşamaq istəyir onun həyatını birlikdə xilas edə bilərik.

Hesab.az saytından və ya MİLLÖN terminallarından istifadə edə bilərsiniz.

Bank Respublika:
Hesab nömrəsi:
Kart380194400211865901
USD 381184000211865903
AZN 380194400211865902
Şəxsiyyət vəsiqə nömrəsi: AZE 17209056

BAKU.WS