VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycana payız gəlib.

BAKU.WS-in Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasına istinadən məlumatına görə, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də qeydə alınıb.

Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Məhz bu gündən başlayaraq gecələr uzanacaq, gündüzlər qısalacaq. Günəş isə şimal yarımkürəsindən cənub yarımkürəsinə keçəcək.

Qış fəslinə gəlincə... o, ölkəmizə dekabrın 21-i yerli vaxtla saat 20.28-də qədəm qoyacaq.

BAKU.WS