VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Məşhur parfumeriya və kosmetika mağazaları şəbəkəsi olan “İDEAL”ın keçmiş baş direktoru İlqar İsmayılov barəsində cinayət işi başlanması haqda mətbuatda yayılan məlumatlar həqiqətəuyğun deyil.

İlqar İsmayılovun vəkilinin BAKU.WS-ə verdiyi məlumata görə, bu haqda yayılan məlumatlar cəfəngiyyatdır.

Qeyd edək ki, yayılan məlumatlarda guya İlqar İsmayılovun Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda olduqda), 320.1. (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunduğu iddia edilirdi.

Binəqədi Rayon Məhkəməsində onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi deyilirdi.

Xatırladaq ki, İ. İsmayılov bu ilin yanvarında vəzifəsindən istefa verib.

BAKU.WS