VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tətilini Avropada keçirmək, tarixin qoxusu gələn küçələrdə dolaşmaq hər səyahətçinin planlarında var. Lakin Avropaya səyahət edərək istirahət etmək cibimizə uyğun olmadığı üçün çox vaxt bu istəyimiz baş tutmur.

BAKU.WS sizə Avropanın olduqca ucuz başa gələn tətil yerlərini təqdim edir.

Montoneqronun Budva şəhəri Avropada son illər çox populyarlaşıb, Mayami sahillərinə bənzədilir. Burada istirahət digər Avropa ölkələri müqayisədə ucuz başa gəlir.

Rumıniyanın paytaxtı Buxarest şəhəri də istirahət üçün əlverişli məkanlardandır. Şəhərin tarixi küçələri sizə valeh edəcək. Bu şəhərdə də istirahət büdcənizə uyğundur.

Opera və teatrın məkanı sayılan Ukraynanın paytaxtı Kiyev hər zaman Avropanın tətil üçün ən ucuz şəhərlərindən hesab edilir. Eyni zamanda gecə həyatı ilə məşhur olan Kiyevdə az büdcə ilə gecə-gündüz mükəmməl dincələ bilərsiniz.

Köhnə qitənin ən ucuz və əyləncəli şəhərlərindən biri də Serbiyanın paytaxtı Belqrad şəhərində enerjinizi çıxara bilərsiniz. Bu şəhəri tanıyanlar
buranın gecə həyatını daha çox sevir.

Macəra dolu istirahət etmək istəyirsinizsə Ukraynanın Lvov şəhərində tətilinizi keçirə bilərsiniz. Burada hotellər daha ucuzdur. Avropa turunuza Lvovdan başlaya bilərsiniz.

Çexiyanın Praqa şəhərində isə daha çox küçə musiqiçilərinin ifası fonunda tarixi binaları seyr etmək xoşunuza gələcək.

İspaniyanın gizli cənnətlərindən biri də Tenerife adasıdır. Bu cənnət məkan Kanar adalarının tərkibindədir.

Makedoniyanın paytaxtı Skopyedə hotellərin qiyməti cibinizə uyğundur. Bu şəhər son illər ən populyar turizm məkanlarına alternativ göstərilir.

Bolqarıstanın paytaxtı və ən böyük şəhəri Sofiyanın küçələrində eyni zamanda tarixə, keçmişə səfər edəcəksiniz.

Macarıstanın paytaxtı Budapeştdə çayın sahilində gəzmək tətilinizi daha yaddaqalan edəcək.

BAKU.WS