VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Avstraliyalı jurnalist Lük Houpvel özünün “Twitter” mikrobloqunda yazıb ki, Sidneydəki “Apple” mağazasında yeni “iPhone” smartfonlarının satışının başlamasını gözləyir.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, “telefonun təqdim edilməsinə 2 gün qalmış o, “Sydney Apple Store”un qarşısında çadır qurub”, – Houpvel yazır.

Qeyd etmək lazımdır ki, şəbəkədə bundan da əvvəl sentyabrın 8-dən mağazanın qarşısında növbə tutmuş insanların da şəkilləri peyda olub.

Xatırladaq ki, “Apple” korporasiyasının yeni telefonlarının – “iPhone 7s” və “7s Plus”un, eyni zamanda, hələ necə adlandırılacağı dəqiq məlum olmayan “iPhone 8”-in təqdimat mərasimi bu gün keçiriləcək.

ABŞ-da “iPhone 8”-in ən azı 900 dollara satılacağı gözlənilir. Rusiyada ən sadə 128 Gb yaddaşlı “iPhone 8” 90 min rubla (təxminən 2600 manata), ən bahalı model isə 110 min rubla (3200 manata) satılacaq. Azərbaycanda yeni modellərin qiyməti hələlik açıqlanmayıb.

BAKU.WS