SİZİN REKLAM BURADA!
055 213 76 73



"ASAN Xidmət”in bazasında müəyyən problemlər yaranıb.

Bu barədə BAKU.WS-ə sakinlər məlumat veriblər.

Məlumata görə, nikah bağlamaq istəyən cütlüklərə zəng vurularaq deyilib ki, "ASAN Xidmət”in bazasında problem yarandığına bu gün xidmətdən yararlana bilməyəcəklər.

"ASAN Xidmət”dən bu fakt BAKU.WS-ə təsdiqlənib. Bildirilib ki, ASAN-ın Ədliyyə sisteminin bazasında müəyyən problemlər yaranıb.

"Bu bütün ölkə üzrə baş verib. Problemin aradan qaldırılmasına çalışır”, - deyə ASAN-dan bildirilib.
 
BAKU.WS