VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Təhlükəsizlik ekspertləri tərəfindən "Google Chrome” veb brauzerini tamamilə silməklə özünün saxta surətini onun əvəzinə kompüterə quraşdıran ziyanverici proqram - saxta brauzer aşkar olunub.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzindən (ETM) BAKU.WS-ə verilən məlumata görə, istifadəçinin "eFast Browser” adlandırılan bu saxta veb brauzerlə "Google Chrome” brauzeri arasındakı fərqi asanlıqla müəyyən etməsi mümkün deyil.

"eFast Browser” ziyanverici proqramı ciddi təhlükəsizlik problemlərinə və fərdi məlumatların oğurlanması hallarına gətirib çıxara bilər. Həmin saxta brauzer vasitəsilə bədniyyətli sizin daxil olduğunuz veb səhifələrdə icazəsiz reklamlar yerləşdirə, sizi saxta məzmunu olan zərərli saytlara yönləndirə və internetdəki fəaliyyətinizi izləyə bilər.
 
ETM-dən bildirilir ki, istifadəçilər "Google Chrome” veb brauzerini rəsmi veb saytından endirsin və onu kompüterə quraşdırarkən hər bir mərhələni diqqətlə təhlil etsin.
 
Şahin Həbibov
BAKU.WS