SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək.

AMEA-dan BAKU.WS-ə verilən məlumata görə, sözügedən meteorit axını hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir.

Keçən ildən fərqli olaraq, bu il  planetimizin sakinləri daha az "düşən ulduz” görəcəklər.

Belə ki, ötən il gecə səmasında müşahidə olunan meteoritlərin sayı 200-ə yaxın idisə, cari ildə orta hesabla saatda 80 meteorit görmək mümkün olacaq. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə mane olacaq.