SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov Milli Qolf Akademiyasının yeniyetmə qolfçularla görüşüb. 
 
BAKU.WS-in məlumatına görə, oktyabrın 20-də Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov Bakıda yerləşən Qolf Akademiyasını ziyarət edib.
Federasiya prezidenti "FlamesGolf” proqramı çərçivəsində Akademiyada tədris keçən yeniyetmələrlə, proqramın finalçıları ilə görüşüb.

Yeniyetmələrlə görüşən Anar Məmmədov onların idmanın bu növündə qazandıqları uğurları ilə maraqlanıb. Görüşdə bildirilib ki, bu gün FlamesGolf proqramını uğurla keçən yeniyetmələr gələcəkdə Azərbaycanın milli qolf yığmasında təmsil olunacaqlar.

Federasiya prezidenti həmçinin yeniyetmə qolfçuların valideynləri ilə görüşüb, idmançıların gələcək perspektivlərini müzakirə ediblər.
Bildirilib ki, ilin sonunda qolf üzrə yeniyetmələrdən ibarət ilk yığma komandanın heyəti tam formalaşdıracaq. Komandada FlamesGolf proqramını uğurla bitirmiş qolfçular yer alacaqlar.
 
Xatırladaq ki, bir müddətdir ki, Anar Məmmədov haqqında yerli KİV-də məlumatlar dərc olunurdu. Nazir oğlunun işə getmədiyi, şirkətlərini təhvil verdiyi və ölkəni tərk etdiyi deyilirdi.    
 
ŞAHİN Həbibov
BAKU.WS