SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara məxsus restoranlardan birində erməni müğənni konsert verəcək.

BAKU.WS bakuPost.az-a istinadən xəbər verir ki, gecə Rusakovskaya küçəsində yerləşən "Bakinskiy Dvorik” adlı restoranda baş tutacaq. Belə ki, sabah – iyunun 30-da sözügedən restoranda şanson musiqi jansı üzrə tanınmış erməni Boka (Boris Davidyan) ifa edəcək. Bu barədə restoranın sosial şəbəkələrdəki səhifələrində də məlumat yerləşdirilib. Boris Davidyan elanda "şansonun əfsanəsi” kimi təqdim olunub.

Qeyd edək ki, "Bakinskiy Dvorik” restoranlar şəbəkəsinin bir filialı da Bakıda, Abdulla Şaiq küçəsində fəaliyyət göstərirdi.

Məlumat üçün bildirək ki, Davidyan 1949-cu il, aprelin 28-də Bakıda doğulub. O, Bakı haqqında çox sayda mahnılar ifa edib.
 
BAKU.WS