SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Dünyanın ən məşhur mesajlaşma tətbiqi "WhatsApp"da istifadəçilərin uzun müddətdir ki, gözlədiyi yeniliyi tətbiq etmək üzrədir.

BAKU.WS-in məlumatına görə, "WhatsApp"ın  mütəxəssisləri yeni funksiyanı test edir. Əgər test uğurlu alınsa, istifadəçilər rahatlıqla istənilən formatda olan faylları paylaşa biləcək.
 
Mütəxəssislər göndəriləcək faylların həcminin maksimum ölçüləri üzərində də işləyir. Fayl ölçülərinin müəyyən qədər kiçildilməsi nəzərdə tutulub.
 
Məlumata görə, "İOS" istifadəçiləri 128 MB, "Android" istifadəçiləri isə 100 MB, veb versiyada isə 64MB ölçüsündə fayl göndərə biləcəklər. Yeni funksiyanın yaxın vaxtlarda tətbiq ediləcəyi bildirilir.
 
Murad Səmədov
BAKU.WS