SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Formula-1 üzrə Mercedes-AMG komandasının azarkeşi Bakıda öz sevgilisinə maraqlı şəkildə evlilik təklif edib.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, adıçəkilən komandanın azarkeşi Qreyham Barker  pit-leyn gəzintisi zamanı sevgilisini Mercedesin qarajına Luis Hemiltonun bolidinə baxmağa dəvət edib.

Q. Barkerin sevgilisi Viktoriya bolidə baxanda avtomaşının üzərində üzük görüb. Daha sonra Viktoriya Barkerin evlilik təklifinə "hə" deyib.

Mercedes-AMG komandası öz fanatına dəstək olaraq planı gerçəkləşiməsinə kömək edib. Bununla əlaqədar komanda twitter səhifəsində təbrik paylaşımı edib: "Şanslı qız HƏ dedi!”
 
BAKU.WS