VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünyanın ən zəngin qaradərili qadını oğlunu evləndirib. İngiltərədəki Blenheym Sarayındakı toyda, sadəcə, gəlinin əynindəki paltarın dəyəri 9 milyon dollardı. 1 milyon qızılgüllə bəzədilmiş saraydakı toyda qonaqlara 7 metr hündürlüyü olan toy verilib, səhnədə isə Robin Tik və digər ulduzlar çıxış ediblər.

BAKU.WS Daily Mail-ə istinadən bildirir ki, 66 yaşlı nigeriyalı Folorunşo Alakiya dünyanın ən zəngin qaradərili iş adamlarından biridir. Bu xanımın 2,1 milyard dollarlıq varidatı var.

Milyarder xanımın 4 oğlu arasında ən kiçiyi Folarin iranlı model Nazənin Cəfərian Qeysərifa ilə evlənib.

Folarinin ilk xanımı Çen 6 il əvvəl xərçəng xəstəliyindən vəfat edib. Həmin nikahdan Folarinin 5 yaşlı qızı var.

Nazənin Mançester Universitetinin biomühəndislik və biotəbabət fakültəsini bitirib.

İngiltərənin Oksfordşir qraflığının Vudstok səmtindəki Blenheym Sarayının toy üçün icarəyə götürülməsi neft maqnatı Alakiyaya 7 milyon dollara başa gəlib.
Bu saray Britaniyanvın mərhum baş naziri Uinston Çörçilin ata ocağıdır.

Nazənin isə iranlı iş adamları, Londonda yaşayan Xosrov və Nuşən Qeysərifaların qızıdır.
 
BAKU.WS