SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Allahın izni ilə biz həmişə bir yerdə olacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirlər "Qarabağ”ın sabiq futbolçusu Reynaldonun sevgilisi Milena Tassiaya məxsusdu.
 
BAKU.WS xəbər verir ki, Milena futbolçu ilə münasibətlərinin nə qədər güclü olduğunu açıqlayıb.
 
Milena sosial şəbəkələrdən birindəki paylaşmasında Reynaldo ilə yaşadığı məhəbbətin əbədi olacağını qabardıb: "Sizin nə etməyinizdən asılı olmayaraq, bizim sevgimizi heç kim və heç nə ayıra bilməz. Bu məhəbbət hər şeyə qalib gəlir. Sənsiz necə yaşayacağımı belə bilmirəm. Səni sevirəm. Allah bizi qorusun, qısqanclardan və bədxah insanlardan”.
 
Qeyd edək ki, Reynaldo hazırda Türkiyənin "Adanaspor” klubunda çıxış edir.
 
BAKU.WS