SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Quba rayonunun Xınalıq kəndində dağlara qar yağıb.

Bu barədə APA-ya kənd sakinləri məlumat verib. Sakinlərin bildirdiyinə görə, Xınalıq kəndi ilə üzbəüz yerləşən Qiblə dağı, Şah dağı, Qaradaş dağı və Pisik yaylağına qar düşüb.

Təxminən 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə də qar yağıb.

İstipress-in məlumatına görə isə bölgədə müşahidə olunan yağışlı, küləkli hava Qubanın Xınalıq və ətraf kəndlərində problem yaradıb. İntensiv yağış və külək bu əraziləri yenidən işıqsız qoyub. Xınalıq kənd sakinləri bu barədə məlumat verərək deyiblər ki, yağıntı və külək olan kimi Xınalıqda işıqların sönməsi adət halını alıb.

"Azərişıq” ASC-nin mətbuat rəsmisi Tanrıverdi Mustafayev hava şəraitinə görə bölgənin hər hansı yaşayış məntəqəsində enerji problemi yaşandığını istisna etməyib, məlumat verdi ki, yerli qəza briqadası dərhal problemi aradan qaldırmağa başlayıb. Qubanın Xınalıq  və enerji olmayan kəndlərinə işığın verilişi bərpa olunacaq.
 
BAKU.WS