SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti Zümrüd Məmmədova film təqdimatlarının birinə qızı ilə birgə qatılıb.

BAKU.WS xəbər verir ki, ana-bala yeniçağ.az-ın fotokamerasına poz verib. Yeganə övladı ilə fəxr etdiyini deyən Z. Məmmədova qızının gözəl bəstəkar olduğunu deyib:
 
"İlahə Azərbaycandan çox xarici ölkələrdə tanınır. Bir çox Avropa ölkələri ona sifarişlə musiqilər yazdırıb. Böyük layihələrin müəllifidir. SOCAR-ın himnini də qızım yazıb. Bu yaxınlarda qızıma Macarıstandan təklif gəldi. Bir il müddətinə həmin ölkədə yaşayıb, musiqi layihələri gerçəkləşdirmək üçün ona bir milyon qonorar və ev təklif etdilər. Müqavilə bağlayıb, orda qalmalıydı. İrihəcmli musiqi əsərləri yazmalıydı. Onu mən qoymadım. Çünki bircə qızım var, onun da gözümün qabağında olmasını istəyirəm. Uzaqda olsa urəyim partlayar”.

Qeyd edək ki, 23 yaşlı İlahə Bakı Musiqi Akademiyasını bitirib, xalq artisti Arif Məlikovun yetirməsidir.
 
BAKU.WS