SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türklər erməni müğənni Super Sakonun məşhur mahnısı "Mi gna"nı öz dillərinə tərcümə edərək ifa ediblər.
 
BAKU.WS xəbər verir ki, Türkiyədə qalmaqallı mahnıya hətta klip də çəkilib. Mahnı "bitdi bu sevda" adlanır.
 
Qeyd edək ki, bu mahnının qardaş ölkədə bu qədər sevilməsi həmyerlilərimiz tərəfindən birmənalı qarşılanmır.
 
Demək olar ki, qardaş ölkədə gənclərin əksəriyyəti bu mahnını ifa edərək, sədaları altında rəqs edib İnstagram-da səhifələrində paylaşıblar. Bir müddət əvvəl isə Türkiyənin məşhur dəb verilişi-"İşte benim stilim"də iştirakçılar bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmayıb.
 
Məlumat üçün bildirək ki, məşhur türkiyəli müğənni Özcan Dəniz "İstanbullu gəlin" serialının kulisində bu mahnınını ifa edərək video paylaşmışdı. Müğənninin bu hərəkəti ölkəmizdə kəskin etirazla qarşılanmışdı.
 
BAKU.WS