SİZİN REKLAM BURADA!
055 213 76 73



Ölkənin ən baxımlı, ən məşhur, ən reytinqli şousu ətrafında ajiotaj artmaqdadır.

  

MGP-nin mətbuat katibi Kubra Məhərrəmovanın BAKU.WS-ə verdiyi məlumata görə, şounun başlamasına sayılı günlər qalıb.
 
"Zarafat deyil, artıq "Maşın Şou”nun 14-cü mövsümünə hazırlaşırıq. İştirakçıların siyahısı artıq təsdiqlənib, hətta onlarla rəsmi qaydada müqavilə də imzalanıb. Əlbətdə çoxları bu 18 nəfərin yerində olmağı arzu edirdi. Yüzlərlə namizədin içindən seçilən 18 nəfər isə 13 gündən sonra hamıya məlum olacaq. Qeyd etməliyəm ki, bu adamların hər biri Murad Dadaşovun təsdiqi ilə şouya dəvət alır. 

Mətbuatda gedən "imtina” söhbətlərinə gəlincə isə burda belə bir məsələ var. "Maşın Şou” sıradan bir veriliş deyil. İlk növbədə bu realiti şoudur. İnsanlar 21 gün ərzində canlı yayımda olur, bu isə qısa müddət deyil. Şoumuzun prodüserləri şouda iştirak edə biləcək insanlarla əlaqə qurur, onların iş qrafikləri ilə tanış olurlar. Yəni bu zənglər məlumatlandırma məqsədi daşıyır. Daha sonra son seçimlər həyata keçirilir. Bizim hamımızı 21 yuxusuz gecə gözləyir".
 
Xatrıladaq ki, şounu Azərbaycanın əməkdar artisti Murad Dadaşov aparacaq. Tamaşaçılar hər axşam canlı olaraq saat 22:00-da həyəcan dolu efiri izləyə biləcək, sevdikləri ulduzlara dəstək olacaqlar. 

BAKU.WS