SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın məşhur, müğənni əkiz bacıları Sevil və Sevincin qardaşının nişan mərasimi baş tutub.
 
BAKU.WS xəbər verir ki, əkizlərin Anar adlı qardaşı Nərmin adlı xanımla nişanlanıb. Bu barədə bacılar şəxsi instaqram səhifələrində bildiriblər. Onlar nişan mərasimində biri-birindən maraqlı fotolar paylaşıblar. Ailəvi çəkilmiş fotoya bacılar "Allah bütün valideynlərə bu günü görməyi nəsib etsin. Ana, dünənki sevincin ömür boyu səni tərk etməsin",-deyə şərh veriblər.
 
Qeyd edək ki, əkiz bacılar həmdə Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin aparıcılarıdır.
 
BAKU.WS