SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Qaynana" filmində Afət rolunda çəkilən, Rusiyanın əməkdar artisti İnarə Quliyevadan xəbər var. BAKU.WS-in məlumatına görə, Milli.Az çətinliklə də olsa aktrisa ilə əlaqə yarada bilib. Məşhur sənətçi hazırki fəaliyyətindən danışaraq bunları bildirib:

"Əslində Bakı ilə bağlı heç bir telefon zənginə cavab vermirdim, çünki nə qədər də rus dilində danışsanız, Bakı ləhcəsini sizdə hiss edirəm. Bakıda mən unudulmaz xatirələr keçirmişəm, dostlarım çox olub. Xoş xatirələrim olsa da onlardan hazırda danışa bilmərəm. Azərbaycandan zəng edib, məni efirlərə dəvət edirlər, yaxud da xahiş edirlər ki, gəlib sizi teatrda çəkək. Mən 40 il sonra çıxım efirdə nəyi etiraf edəcəyəm ki? Bütün bunlar artıq mənə maraqsızdır və daha mənim o vaxtım deyil ki, çıxım efirdə hansısa xoş xatirədən danışım. Məni unutmadığınız üçün sizə təşəkkür edirəm. Üzrlü sayın mən tamaşaya hazırlaşmalıyam" deyə aktrisa bildirib.

Qeyd edək ki, İnara Quliyeva Azərbaycanda bir çox filmlərə çəkilib və hazırda Rusiyanın əməkdar artistidir.
 
BAKU.WS