SİZİN REKLAM BURADA!
055 213 76 73


  
 
Rusiyanın ən məşhur avtomobil blogeri Erik Davidiç Bakıda "Ferrari" ilə test-drayv edib.
 
BAKU.WS-in məlumatına görə, Erik "Ferrari"nin "458 Italia Spider" modeli ilə paytaxt küçələrində şou göstərib. 578 at gücünə malik "Ferrari"nin maksimum sürəti 325 km/saatdır.

Bloger avtomobillə test-drayva Azadlıq meydanından başlayıb. Bütün rakurslardan avtomobilin hərəkəti çəkilərək "Ferrari"nin bütün xüsusiyyətləri təqdim edilib. Erik sürətinə görə avtomobili tərifləsə də, salona görə sərt tənqid etdi. O bildirib ki, min km məsafə qət etmiş avtomobilin oturacaqları artıq sıradan çıxır. 

Bakının böyük prospektlərində sürətli avtomobil idarə edən Davidiçin bəxti gətirməyib və tıxaca düşüb. O, tıxacda da boş durmayıb və ətrafındakı avtomobillərə yaxınlaşaraq "Ferrari" barəsində söhbət edib. 

Tofiq Babayev
BAKU.WS