VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azerisport.com-un redaksiyasına Vladiqafqazdan olan Anjelika Kesayeva müraciət edib. Müraciətində o, Azərbaycanın "Kəpəz” futbol klubunun hücumçusu Tural Rzayevdən şikayət edib. 

BAKU.WS xəbər verir ki, Anjelika iddia edir ki, Rzayev ilə vətəndaş nikahında olub. Bu nikahdan oğlu dünyaya gəlib, amma futbolçu Ruslan adlı oğlunu qəbul etmək istəmir. 

"Biz bir müddət görüşdük. Mən Bakıya gəlmişdim. Sonra o, mənim yanıma Rusiyaya gəldi. Həmin dövrdə mən Soçidə yaşayırdım. Daha sonra biz Tunisə istirahətə getdik. İstirahətdən sonra o, Bakıya, mən isə Soçiyə qayıtdım. İki həftə keçdikdən sonra isə hamilə olduğumu öyrəndim. Hamiləlik boyu depressiya keçirdim, belə ki, o, abort etdirməyimi istəyirdi. Amma mənim üçün abort günahdır!  

O, məni və oğlumu valideynlərindən gizlədir, səbəb isə azərbaycanlı olmamağımdır. O anlamalıdır ki, bu, pişik balası deyil, onun bir oğlu var! O, anasının reaksiyasından qorxur. Düşünürəm ki, 23 yaşında artıq öz hərəkətlərinə cavabdeh olmalısan. Mən problemi həll etməyə, övladımın tərbiyə olunmasına və ata qayğısından kənar qalmaması üçün çalışdım. O, cavab verdi ki, mən azərbaycanlı deyiləm və bu səbəbdən də onun ailəsi məni qəbul etməyəcək.

Uşağın günahı nədir? Ona ata qayğısı lazımdır. Sabah Ruslanın bir ayı tamam olacaq. Mən bu uşağın varlığından Turalın anasının xəbərdar olmasını istəyirəm”, - Anjelika Kesayeva deyib. 

Kesayeva həmçinin bəyan edib ki, lazım olarsa, DNT testi də etdirər. 
 
BAKU.WS