VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Tanınmış aparıcı Emin Musəviyə yeni vəzifə verilib.
 
BAKU.WS verir ki, o, bunu Facebook səhifəsində yazıb. Emin Musəvi bundan sonra "ASAN FM” radiosunun rəhbəri vəzifəsində çalışacaq.

"Hazırda texniki məsələlər üzərində iş gedir. "ASAN xidmət”in öz fəaliyyətində rəhbər tutduğu şəffaflıq prinsipinə qoşularaq vurğulamaq istəyirəm ki, "ASAN FM”də çalışacaq peşəkar və gənc kadrlar öz bilik və bacarıqlarına uyğun seçiləcəklər. Əminəm ki, "ASAN xidmət” kimi "ASAN FM” də qısa müddət ərzində xalqımızın rəğbətini qazanacaq və sevilən radioya çevriləcək", - Emin Musəvi yazıb.
 
BAKU.WS