SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Məşhur azərbaycanlı videobloger Hüseyn Əzizoğlunun səhhətində problem yaranıb.

 
BAKU.WS xəbər verir ki, bu barədə blogerin anası onun rəsmi "İnstagram" səhifəsində bildirib. Anasının sözlərinə görə, bloger ağır sinir pozuntusu keçirib və hazırda 1 saylı kliniki xəstəxanasının nevrologiya şöbəsində müalicə alır. Ana oğlunun bu vəziyyətə düşməsində insanları ittiham edib. 
 
"Bunu paylaşan Hüseynin anasıdır!!! Sizin yersiz itdihamlarınıza görə Hüseyn ağır sinir pozuntusu keçirb. Hazırda "Semaşko"da nevraloji şöbədə həkim nəzarətindədir. Hüseyni bu vəziyyətə salan öz vicdanı qarşısında və bir ana olaraq mənim qarşımda cavab verəcək. Hüseyn nə adam tutdurandı nə də ki, siyasətçi. Gənc aktyordu, gənc videobblogerdi. Reytinq xətrinə bəzi səhifeler hər alçaqlığa əl atmasınlar. Bundan sonra kim nə istəsə yaza bilər. İstədiyinizə nail olduz. Allah Hüseynimi qorusun".
 
 
Aynur Ələkbər 
BAKU.WS