SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın ən çox turistin axın etdiyi Göy Göldə otellərin qiymətləri diqqət çəkir.
 
BAKU.WS-in məlumatına görə, eyni adlı otelin qonaqları üçün təqdim etdiyi qiymət kifayət qədər yüksəkdir. Qiymətlər 2 nəfər üçün Göy Gölə uzaq olan otaqlarda 90 manatdan başlayır. Gölə yaxın otaqlarda isə qiymət 110 manatdır. Otaq sayından və xidmətdən asılı olaraq qiymətlər 440 manata qədər artır. Otel Göy Göl şəhərində yerləşir. Qonaqlara sauna, hamam, hovuz, restoran və terrasda istirafət təklif olunur. Ərazidə pulsuz şəxsi avtodayanacaq da var. 

Bütün nömrələr LED televizorlar və peyk kanallarıyla, kondisionerlə təchiz edilib. Qonaqlara xalat və çəkələklər verilir. "Göy Göl" mehmanxanasında pulsuz Wi-Fi da quraşdırılıb. Bununla yanaşı, mehmanxanada stolüstü tennis və bilyard oynamaq üçün imkan var. Qonaqlar üçün avtomobillərin kirayəsi də təşkil edilir. 
 
Nazim Babayev
BAKU.WS