SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxt Bakının ənənəvi ictimai nəqliyyat problemindən danışmaq istəmirəm.

Çünki, bu problemlər ötən ilin dekabrın 20-də qaldı. Beləki, keçən il 21 dekabr tarixində ölkə başçısı cənab İlham Əliyevin fərmanı ilə Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər planı tərtib olundu və Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradıldı. Əsas məqsəd Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi idi ki, indi hər bir kəs bu islahatların pillə-pillə yüksəlməsinin şahidi olur. Təbii ki, əhali sıxlığının, intensiv hərəkətin artdığı hazırkı dövrdə bu sahədə əldə olunmuş müsbət nəticələrin səmərəliliyinin yüksəldilməsi, Bakı şəhərində nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, o cümlədən ictimai nəqliyyatın tənzimlənməsi, sərnişindaşıma marşrutlarının optimallaşdırılması və nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması ilə bağlı yeni çağırışların yaranması bu qurumun fəaliyyətə başlamasında başlıca rol oynayırdı. 
 

 

Dövlət, növbəti dəfə  "Hər şey xalq üçün!”- prinsipi ilə hərəkət etdi və bu mötəbər addımı atdı. Nəticə nə oldu?

-avtobuslara nəzarət gücləndirildi

-marşrut sahibləri ilə mütamadi toplantılar çağrıldı və onların qarşısına sərinişin rahatlığı üçün tapşırıqlar qoyuldu
 

 

-avtobusların iştirakı ilə baş verən qəzaların sayı sürətlə azalmağa başladı

-sürücülər "Dayanacaqdan kənar saxlamaq olmaz!” prinsipini kağız üstə yox, real həyatda tətbiq etməyə başladı

-çoxdan gözlənilən, çox danışılan "kart sisteminə keçid” nəhayət ki, BNA-nın əməyi sayəsində bir çox marşrut xəttində tətbiq edilməyə başladı

-avtobuslarla bağlı hər hansı narahatçılıq, sürücülərin neqativ hərəkətləri, baş verən müxtəlif hadisələrlə bağlı qaynar xətt yaradıldı ( 012 404-41-20)

-Agentliyin rəhbərliyi və işçiləri ictimai nəqliyyatdakı problemlərlə əyani tanış olmaq üçün, müxtəlif vaxtlarda avtobuslardan sərinişin kimi istifadə etməyə başladı

-yaradılan münbit şərait avtobus sahibləri arasında sağlam rəqabətə gətirib çıxardı

-taksi sürücülərinin "Fərqlənmə nişanı" alması üçün prosedur sadələşdirildi və belə olan halda, vergidən yayınma kütləvi şəkildə azaldı
 

 

Siyahını daha da uzatmaq olar. Hər halda, bu işlər son 1 ildə reallaşıb. Əminliklə söyləmək olar ki, qarşıdakı illərdə ölkəmizin ictimai nəqliyyatı dünyanın ən qabaqcıl ölkələrinin ictimai nəqliyyatı ilə bir sırada dayanacaq. Son olaraq, ictimaiyyətin günün 24 saatı məlumatlandırılması işində qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin operativliyini qeyd etməmək günah olardı. Xüsusən, nəqliyyatla bağlı istənilən suala anında cavab verilməsi biz jurnalistlərin saatlarla telefondan asılı qalmamızın və səmərəsiz vaxt itkisinin qarşısını alıb. 
 
BAKU.WS