SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün səhər saatlarından əmanətçilər lisenziyası ləğv edilən "Bank Standard" kommersiya bankının qarşısına toplanıb.
 
BAKU.WS-in məlumatına görə, yüzlərlə bank müştərisi "Bank Standard"ın baş ofisinin qarşısına gələrək əmanətlərini almağa çalışıb. Bankın binası qarşısında izdiham olduğu üçün əraziyə çox sayda polis əməkdaşı cəlb edilib. 
 
BAKU.WS əməkdaşının hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, polisin nəzarəti altında əmanətçilər bir-bir banka daxil olaraq pullarını alır. 
 
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın lisenziyasını geri çağırıb. Bankda əmanətlərin həcmi 520 milyon manat təşkil edir, 460 milyon manat həcmində əmanət sığortalanıb. 

"Bank Standard” KB Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödənilir. Bu məqsədlə zəruri olan vəsaitlərin hökumət zəmanəti ilə Mərkəzi Bank tərəfindən Fonda ödənilməsi müvafiq orqanlarla razılaşdırılıb.
 
Şahin Həbibov
BAKU.WS