SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Ayşad Məmmədov Bakıdakı taksi xidmətlərindən birində fəaliyyətə başlayıb.

Ölkə.Az-ın məlumatına görə, aktyor bir neçə gündür özünü taksi sürücüsü kimi sınayır.

Xatırladaq ki, A.Məmmədov geniş tamaşaçı kütləsinə Ramiz Əzizbəylinin rejissoru olduğu "Bəxt üzüyü" filmindəki Hüseyn obrazıyla tanınıb.
 
Aktyor sosial şəbəkədə xəbəri təkzib edib:
 
"Mən aktyoram və əlimdən başqa iş əlmir. Həyat yoldaşıma zəng vurub deyiblər ki, əriniz taksi sürücüsü kimi fəaliyyət göstərir? O da çaşıb qalıb. Görünür kiminsə başı tərsinə işləiyr və belə mənasız söz-söhbətlər yayır. Mən Eldar Quliyevin "İstanbul reysi” filmində taksi sürücüsü olmuşam. Bəlkə həmin filmdən danışırlar, xəbərim yoxdur. Amma mən öz peşəmlə məşğulam”.

 
 
BAKU.WS