VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanın Ukraynadakı keçmiş səfiri, 63 yaşlı hazırkı diaspor rəhbəri Tələt Əliyev 25 yaşlı ukraynalı keçmiş model ilə evlənib.
 
Ukraynadakı mənbənin verdiyi məlumata görə, T. Əliyev artıq rəsmi tədbirlərə Alyona Solyanik adlı gənc xanımı ilə qatılır və bu da oradakı azərbaycanlılar tərəfindən birmənalı qarşılanmır.

Xeyli sayda övladı və nəvələri olmasına baxmayaraq gənc ukraynalı xanımla yaşayan T. Əliyev isə bu reaksiyalara əhəmiyyət vermir və həyatından məmnun qaldığını bildirib.

Qeyd edək ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. O buna qədər Ukrayna Azərbaycanlıları konqresinin sədri olub, hazırda isə bu ölkədə azərbaycanlı ağsaqqallar birliyinə rəhbərlik edir, aktiv diaspora rəhbəridir.
 
Musavat.com
BAKU.WS