SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda yeni istirahət mərkəzi açılır.
 
Fins.az-ın məlumatına görə, avqust ayında Şəkidə yeni «Marxal Resort və Spa» oteli istifadəyə veriləcək. Oteldən verilən məlumata görə, «Marxal Resort və Spa», dəniz səviyyəsindən 1080 metr yüksəklikdə dagların əhatəsində, gözəl güşədə, Şəki şəhərində yerləşir. Otelin coğrafi mövqeyi onu unikal edir.

Oteldə ümumiyyətlə 173 iki nəfərlik otaq, 27 kottecdən ibarətdir. Kotteclərdən 4-ü iki ailənin yerləşməsi üçün nəzərdə tutulub. Otaqların tutumu ümumilikdə 346 nəfər, kotteclər isə 176 nəfər, otelin ümumi tutumu isə 522 nəfərdən ibarətdir.

"Marxal Resort və Spa”da müasir texnologiyalarla təchiz olunmuş bir neçə restoran təklif edir. Burada bol çeşiddə milli və dünya mətbəxi nümunələri olacaq. SPA və Müalicəvi mərkəzdə isə mualicəvi prosedur otaqları, açıq və qapalı hovuzlar, sauna, masaj salonları olacaq. SPA mərkəzi səhər 10:00-dan gecə 02:00-dək fəaliyyət göstərəcək.

Eyni zamanda aktiv vaxt kecirmək üçün oteldə bilyard zalı və boulinq, böyüklər və uşaqlar üçün kinozal, animasıya komandası, İntellektual oyunlar klubu, diskotekalar, peyntboll və s. təqdim ediləcək.

İstirahət mərkəzində qiymətlər mövsümdən asılı olaraq dəyişəcək. Belə ki, nömrələrdə səhər yeməyi daxil iki nəfərin qalması gündəlik 70 - 80 manatdan başlayacaq. Kotteclərin qiyməti isə burada qalanların sayından asılı olaraq 140-160 manat ətrafında dəyişəcək. 
 
Ümumilikdə "Marxal Resort və Spa”da qiymətlər üç mövsüm üzrə qruplaşdırılıb – yüksək mövsüm, orta mövsüm və aşağı mövsüm. İstirahət mərkəzi avqust ayından etibarən qonaqları qəbul etməyə başlayacaq.
 
BAKU.WS