SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mayın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Gündüz mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 14-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti, Bakıda gecə 15-17 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq.
 
Mayın 26-da Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. 
 
BAKU.WS